YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Bakıda Azərbaycan - Kamboca biznes forumu keçirilir

Aprelin 22-də Bakı Biznes Mərkəzində Azərbaycan - Kamboca biznes forumu keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, konsaltinq, tikinti, logistika sahələrində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edir.

Qonaqları salamlayan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini diqqətə çatdırmış, biznes forumların, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin iqtisadi münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını bildirmişdir. Nazir müavini Azərbaycan-Kamboca biznes forumunun ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyinə əmin olduğunu söyləmişdir.