YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib

Bu ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsinə təbii qaz verilib. Bu barədə SOCAR-dan məlumat verilib.

Məlumatda bildirilir ki, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə cari ilin yanvar-aprel ayları ərzində 2208 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 138 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-aprel aylarında 78 yaşayış məntəqəsi qazlaşdırılıb.

 

DİGƏR Xəbərlər Arxiv