YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçiləri üçün cəbhədə yaradılan şəraiti əks etdirən fotolar yayıb

Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçiləri üçün cəbhədə yaradılan şəraiti əks etdirən fotolar yayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, təqdim olunan foto materiallarda düşməndən azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində “yaşayışı üçün” yaradılmış şərait əks olunub. Tərifi “göylərə sığmayan Ermənistan ordusunun” hərbi qulluqçularının necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur. Fərq müqayisə zamanı daha aydın görünür. Fotomateriallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir.

Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddətdə hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.