YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kurt Tonq: Azərbaycan öz iqtisadiyyatını inkişaf etmiş iqtisadiyyata çevirmək niyyətindədir

Azərbaycan öz iqtisadiyyatını resurslardan asılı olan iqtisadiyyata yox, inkişaf etmiş iqtisadiyyata çevirmək niyyətindədir.

Bu sözləri ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafında Bakı Limanının oynadığı rol çox vacibdir: “Bakı Limanının rolu çox önəmlidir. Ancaq unutmamalıyıq ki, limanın rolunun daha da artması üçün Xəzər dənizinin sahillərində yerləşən dövlətlərin iqtisadiyyatı inkişaf etməlidir. Bu isə onların daxilində mövcud olan bazarların inkişafından asılı olan bir məsələdir. Müxtəlif dövlətlərdə mövcud olan bazarlar inkişaf etdikdə əmtəənin sayı artır və bu da limanın rolunu əhəmiyyətli edir”, – deyə Kurt Tonq vurğulayıb.