YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilir

Aprelin 15-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası işə başlayıb.

İclasda ikinci səsvermədə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununa baxılacaq, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında qanun layihəsi nəzərdən keçiriləcək.

Milli Məclisdə Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı da dinləniləcək.

Deputatlar, həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair" Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə münasibət bildirəcəklər.

Bundan başqa, iclasda "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Psixiatriya yardımı haqqında" qanunlarda , İnzibati Xətalar, Mülki Prosessual məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.

 

DİGƏR Xəbərlər Arxiv