YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda “Azərbaycanda investisiya İmkanları” adlı sessiya keçiriləcək

Mayın 11-12-də Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının 25-ci illik toplantısı çərçivəsində “Azərbaycanda investisiya imkanları” adlı sessiya keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan bildirilib ki, sözügedən tədbirdə təqdimat və çıxışlar üçün Azərbaycan iqtisadiyyatının özəl sektorunun nümayəndələri dəvət olunur.

“Azərbaycanda investisiya imkanları” adlı sessiyada iştirak etməkdə maraqlı olan özəl sektor nümayəndələri aprelin 18-dək İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.