YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın deputatı Olav Quttinq: Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribat qəbuledilməzdir

Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Olav Quttinq Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı açıqlamasında bildirib ki, Almaniya mülki vətəndaşlara qarşı istənilən hərbi təcavüzü pisləyir.

Avropa Azərbaycan Cəmiyyətindən bildirilib ki, almaniyalı deputat Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təxribatın və hücumların qəbuledilməz olduğunu vurğulayıb. O qeyd edib ki, Ermənistanın bu hərəkətləri ATƏT-in Minsk qrupunun məqsədlərinə ziddir və təkcə beynəlxalq hüququ deyil, həmçinin xarici siyasətimizin mənəvi dəyərlərini də pozur.