YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Ermənistan-Azərbaycan münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır

ATƏT-in Minsk qrupuna üzv ölkə kimi Belarus davamlı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, ilk növbədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına riayət edilməsi və bunların təmin olunması prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında sülh yolu ilə həllinə tərəfdar çıxır.

Bu fikir Belarusun Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı açıqlamasında yer alır.

Bəyanatda Belarusun Dağlıq Qarabağda ağır silahların işə salınması ilə fəal döyüş əməliyyatlarının yenidən başlanmasından dərin narahatlıq hissi keçirdiyi bildirilir.