YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa mətbuatı: Dağlıq Qarabağ Ermənistandan yardım alan separatçı rejim tərəfindən idarə olunur

Fransanın lefigaro.fr saytı aprelin 2-də baş vermiş gərgin döyüşlərdən sonra Dağlıq Qarabağda Azərbaycanın birtərəfli atəşkəs elan etdiyindən yazıb. Məqalədə bildirilir ki, Azərbaycan xoş məram göstərərək hərbi əməliyyatları dayandırmaqla bağlı birtərəfli qərar qəbul edib. Ancaq Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələri endiriləcək.

Məlumatda deyilir ki, 1991-ci ildən Dağlıq Qarabağ Ermənistandan hərbi və maliyyə dəstəyi alan separatçı rejim tərəfindən idarə olunur. 1994-cü ildə atəşkəs sazişi imzalansa da, son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginlik artıb.