YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Con Kerri ilə görüşündən yazır

İspaniyanın europapress.es portalında Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşündən bəhs edən məqalə dərc edilib. “Kerri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin tərəfdarıdır” adlı məqalədə dövlət katibinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında səslənən fikirlərə yer verilib.

Yazıda bildirilir ki, mətbuat konfransında Con Kerri Dağlıq Qarabağ probleminin birdəfəlik həllinin vacibliyini vurğulayıb, Azərbaycan ilə ABŞ arasında bir çox ortaq maraqların mövcud olduğunu bildirib və Əfqanıstanda sülhün dəstəklənməsinə verdiyi töhfələrə görə ölkəmizə minnətdarlığını ifadə edib.

Məqalədə, həmçinin Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də yer alıb. Bildirilib ki, dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinin BMT-nin müvafiq qətnamələrinə uyğun həllinin mümkün olduğunu deyib. Prezident İlham Əliyev Ermənistanı işğal olunmuş ərazilərdəki qoşunlarını qeyd-şərtsiz çıxarmağa çağırıb.