YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçilib

Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Rusiyanın "Travel.ru" turizm servisi 2016-cı ildə MDB-nin ən perspektivli turizm ölkələrini müəyyənləşdirib. Reytinq son il ərzində müstəqil səyahət edən turistlərin hotel və mənzil ayırmalarının artması əsasında tərtib edilib.

MDB ölkələrində 1 sutka qalmaq xərci orta hesabla 3 min rubl (71,18 AZN) təşkil edir. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən də yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olublar. Qeyd olunur ki, rusiyalılar arasında istirahət üçün populyarlığın artım səviyyəsinə görə Azərbaycan liderlik edir.

2015-ci ildə Azərbaycana gələn 2 milyondan artıq turistin 685 min nəfəri Rusiyanın payına düşüb. Onlar əsasən paytaxt Bakı, Şahdağ dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, habelə Göygöl, Xudat, Xaçmaz, Astara, Siyəzən və Lənkərana ziyarət ediblər.