YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransua Olland konstitusiya islahatı layihəsini ləğv edib

Dörd ay davam edən qızğın müzakirələrdən sonra Fransa Prezidenti Fransua Olland ölkəsində doğulmuş, fövqəladə vəziyyətə səbəb olan və terror aktları törədən şəxslərin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı konstitusiya islahatı layihəsinin ləğv olunduğunu bəyan edib.

Fransa Prezidenti aparılan gərgin müzakirələrə baxmayaraq Milli Assambleya və Senatın eyni mətn üzərində razılığa gələ bilmədiklərini bildirib.

Qeyd edək ki, konstitusiya islahatı ilə bağlı layihə noyabr ayında Parisdə 130 nəfərin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnən terror aktlarından sonra təklif edilib.