YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rob Sübhani: Nüvə Təhlükəsizliyi Sammitinə dəvət Azərbaycanın strateji əhəmiyyətini göstərir

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama tərəfindən Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın strateji əhəmiyyətini, onun dini tolerantlığını, islahatlara yönəlmiş iqtisadiyyatını və Böyük Yaxın Şərqin hüdudlarında yüksələn ulduzun nüfuzunu əks etdirir. Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Vaşinqtona dəvət edilməsi, ən əsası, Azərbaycanın dünya arenasında önəminə işarədir: “Azərbaycan artıq sovet respublikası deyil, millətlər cəmiyyətində etimad qazanmış və etibarlı tərəfdaşdır”.

R.Sübhaninin fikrincə, Prezident İlham Əliyevin qonşular, onların iddiaları və rəqabət aparan maraqları arasında balansın saxlanılmasına yönəldilmiş müdrik xarici siyasəti bu dəvət üçün daha bir səbəbdir.

O vurğulayıb ki, Azərbaycan təməldə mövcud olan gərginliyə baxmayaraq, İran İslam Respublikası və Rusiya ilə normal əlaqələr saxlayır.

R.Sübhani xatırladıb ki, Azərbaycan erməni işğalına rəğmən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqdir: “Münaqişəni sülh yolu ilə həll etmək arzusunu Vaşinqtonda qiymətləndirirlər. Bu nümayiş etdirir ki, İlham Əliyev ölkəyə məsuliyyətlə rəhbərlik edir. Prezident İlham Əliyevin sayəsində baharın gəlişi ilə çiçək açan gül kimi Azərbaycan dünyanın güclü dövlətinə çevrilməklə çiçəkləndi”.