YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: V Azərbaycan-Rusiya Regionlararası Forumu ölkələr arasında əlaqələrin yüksək inkişaf səviyyəsinin təzahürüdür

“Azərbaycan -Rusiya münasibətləri kifayət qədər çoxşaxəlidir. Ölkələr arasında artan siyasi və iqtisadi təmaslar strateji xarakter daşımaqla təkcə hər iki tərəf üçün deyil, regionda sülhün və əmin-amanlığın təminatı üçün də önəmli rol oynayır. Ona görə də, regionda mövcud vəziyyət iki ölkə arasında səmimi qarşılıqlı əlaqələrdən, səylərin əlaqələndirilməsindən, təhlükəsizliyin möhkəmləndirilməsi naminə fəal işləməkdən, əməkdaşlıqdan, iqtisadi və humanitar əlaqələrimizdən çox asılıdır”. Bu barədə YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov ölkəmizdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu haqqında fikirlərini bildirərkən deyib.

Aydın Hüseynov  qeyd etmişdir ki, “V Beynəlxalq Humanitar Forumu xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirmək, möhkəmləndirən amil kimi dəyərləndirilə bilər. Forumun qarşıya qoyduğu strateji məqsədlər, proritetlər də məlumdur;  elm, təhsil, mədəniyyət və digər sahələrdə mövcud olan yeniliklərin Azərbaycanda təbliği, yayılması və tətbiqini, digər tərəfdən Azərbaycanın mövcud sahələr üzrə inkişafını stimullaşdırmaq, qazandığımız nailiyyətləri nümayiş etdirmək və bu sahələrin işini bir az da həvəsləndirməkdir. Ümumiyyətlə, forum Rusiya ilə Azərbaycan arasında mövcud olan sıx əməkdaşlığın gələcəkdə də inkişafına dinamika yaradır. Bu, eyni zamanda, bir sıra problemlərin həlli və qarşılıqlı münasibətlərin inkişafı baxımından olduqca əhəmiyyətlidir”.

YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini qeyd edib ki, siyasi, iqtisadi, sosial və humanitar saxələrdə keyfiyyətcə yeni xarakter alan Azərbaycan- Rusiya əlaqələri ildən-ilə dərinləşir, Xüsusilə də, iqtisadi sahədə əlaqələr keyfiyyətcə yaxşılaşır, yeni sahələrdə əməkdaşlığa yol açır: «Tərəflər arasında iqtisadiyyatın bir çox sahələri, o cümlədən, kənd təsərrüfatı, sənaye, neft-kimya sahəsində fəal əməkdaşlıq mövcuddur. Ölkələr arasında siyasi, iqtisadi, sosial, humanitar, mədəni, hərbi sahələr üzrə əlaqələri tənzimləyən 160 saziş imzalanıb ki, onlardan 40 iqtisadiyyatla bağlıdır. Hazırda Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsinin strukturunda 3-cü yeri tutur. İllik mal dövriyyəsinin həcmi təxminən 2,6 milyard dollara bərabərdir».