YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirin “Şbabalnil” nəşrində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu ölkənin səfiri ilə görüşü barədə material dərc edilib

Xəbər verildiyi kimi, martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin ölkəmizdəki səfiri Suzanne Mohamed Gamil ilə görüşüb. Misirin nüfuzlu “Şbabalnil” elektron qəzetində bu görüş barədə məlumat dərc edilib. Qəzet yazır ki, Mehriban Əliyeva Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olmasını məmnuniyyətlə vurğulayıb. Azərbaycanın birinci xanımı deyib ki, bu iki ölkə və onların xalqları dostluq telləri ilə bağlıdır. Hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini vurğulayaraq bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirən Mehriban Əliyeva qeyd edib ki, o, Heydər Əliyev Fondunun prezidenti olaraq təhsil, mədəniyyət və digər humanitar sahələrdə Misirlə Azərbaycanın əlaqələrinin inkişafını dəstəkləməyə hazırdır.

Nəşrdə daha sonra vurğulanır ki, Suzanne Mohamed Gamil artıq beş ay ərzində Azərbaycanda səfir kimi işləyir. Misirli diplomat Azərbaycanda fəaliyyətindən məmnun olduğunu bildirib və Heydər Əliyev fondu tərəfindən Misirdə aparılan işlərə görə təşəkkürünü bildirib.