YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycanda yüksək intellektli gənc nəsl formalaşıb

«Azərbaycanda dövlət rəhbərliyi səviyyəsində gənclərə böyük diqqət və qayğı göstərilir». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu gün Azərbaycanda ali təhsil müəssisələrində reallaşdırılan islahatlar tələbələr üçün geniş imkanlar açıb. Onun sözlərinə görə, respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür.

«Bu gün ən müasir tələblərə cavab verən, yüksək ixtisaslı, bacarıqlı, zəngin idarəçilik təcrübəsinə malik vətənpərvər gənclərin yetişdirilməsi vacibdir. Sevindirici haldır ki, bu hədəflərə nail olunur. Azərbaycanda yüksək intellektli gənc nəsl formalaşıb»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv