YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual inkişafı istiqamətində mühüm tədbirlər görülüb

«Azərbaycanda Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında formalaşdırılan dövlət gənclər siyasəti uğurla həyata keçirilir». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, dövlət gənclər siyasətinin əsas hədəfləri olan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və intellektual inkişafı istiqamətində mühüm tədbirlər görülüb. Onun sözlərinə görə, gənclərin sosial problemlərinin həlli, onların qərarvermə prosesində iştirakı, beynəlxalq əlaqələrinin genişləndirilməsi yönündə də lazımi addımlar atılır.

«Azərbaycan Gəncləri Günü münasibətilə dövlətimizin başçısı İlham Əliyev ölkə gənclərinin  bir qrupu ilə görüşdü. Ölkə rəhbəri  gənclərin  fəaliyyətini yüksək qiymətləndirdi. Bu, gənclərdə ruh yüksəkliyini daha da artırır»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv