YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saleh Məmmədov: Avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir

«Avtomobil yolları hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır». Bu fikirləri yap.org.az saytına «Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki, respublikamızda yol infrastrukturunun yenilənməsini zəruri edən mühüm amil Azərbaycanın avtomobil yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsidir. Onun sözlərinə görə, bu səbəbdən avtomobil yollarının yenidənqurulması birbaşa olaraq yükdaşımalara da müsbət təsir edir.

 «Yükdaşımanın artması bu sahədən gələn gəlirlərin, dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artmasına və nəticədə dövlət büdcəsinin inkişafına səbəb olur.  Qədim İpək Yolunun üzərində yerləşən respublikamızda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yaradılan müasir yol təsərrüfatı infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların  bu sahədə imkanları artır. Prezident İlham Əliyevin tövsiyyə və tapşırıqlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər   I texniki dərəcəli yolların uzunluğu 426 kilometr artaraq bu gün 541 kilometr təşkil edir. Prezident İlham Əliyev beynəlxalq miqyaslı Böyük İpək Yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası  ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır»- deyə, S.Məmmədov vurğulayıb.