YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir

İyunun 23-də Qəbələ Konqres Mərkəzində “Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlamışdır.

Əvvəlcə forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və güllər qoymuşlar.

Sonra Azərbaycan və Rusiyanın nailiyyətlərini nümayiş etdirən sərgi-ekspozisiyalarla tanışlıq olmuşdur.

Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Forumda təqribən 500 nümayəndə - hər iki ölkənin Prezident administrasiyalarının, nazirliklərinin rəsmiləri, parlamentlərin deputatları, yerli icra hakimiyyəti orqanlarının başçıları, Rusiya Federasiyasının bir sıra subyektlərinin rəhbərləri, habelə sahibkarlar, qeyri-hökumət təşkilatlarının əməkdaşları və jurnalistlər iştirak edirlər. Forumun təşkilatçıları Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiyanın Regional İnkişaf Nazirliyidir. Foruma hazırlıq iki ölkənin Prezident administrasiyalarının ümumi rəhbərliyi altında aparılmışdır.

İkigünlük forumda tərəflər energetika, nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edəcək, habelə turizm, investisiyalar, aqrar sahələrdə əlaqələrin genişlənməsi imkanlarını nəzərdən keçirəcəklər.

Forum çərçivəsində birgə sənədlərin imzalanması nəzərdə tutulmuşdur.

DİGƏR Xəbərlər Arxiv