YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: İcbari tibbi sığorta sistemi səhiyyənin inkişafında böyük rol oynayacaq

«İcbari tibbi sığorta çox vacib məsələdir və biz bunu tətbiq etmədən səhiyyəmizin daha böyük uğurlar qazanması haqda fikirləşə bilmərik”. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri  Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, tibbi sığorta sistemi olmadan səhiyyədə böyük uğurlardan danışmaq mümkün deyil. Onun fikrincə, bu sistem səhiyyənin inkişafında böyük rol oynayacaq.
“Bu məsələdə “yüz ölçüb, bir biçmək” lazımdır. Azərbaycan kimi ölkələr bu sistemə tədricən keçir. Ona görə də, ilk növbədə, icbari tibbi sığorta ilə bağlı müəyyən pilot layihələr hazırlayıb regionlar səviyyəsində icra etmək lazımdır. Sonra isə bu, bütün ölkədə tətbiq olunmalıdır. Yəni, bu sistemə mərhələlərlə keçmək lazımdır. Bildiyiniz kimi hökumət artıq bu istiqamətdə tədbirlərə başlayıb. Hazırda bu yöndə dünya təcrübəsi öyrənilir və ölkəmiz üçün ən optimal variantı seçib onu tətbiq etməliyik” – deyə, Ə.Əmiraslanov vurğulayıb.