YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Polşada Azərbaycan diaspor təşkilatı yaradılıb

Polşanın paytaxtı Varşavada yeni Azərbaycan diaspor təşkilatı təsis edilib. Varşava Texniki Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycan Respublikasının Polşadakı səfirliyinin nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, yaradılma ideyası tədbir iştirakçıları tərəfindən irəli sürülən bu təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb. Sonra Şuraya sədr seçmək üçün səsvermə keçirilib. Əvvəllər də Polşada geniş diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlı tələbə Nail Əhməd sədr seçilib. Gənclər Şurasının strukturu da müəyyənləşdirilib, Rəsul Mammadov və Nəsib İbrahimov isə müavin seçiliblər.

Daha sonra tədbir iştirakçıları fikir mübadiləsi aparıblar. Yeni yaradılmış Gənclər Şurasının Diasporla İş Üzrə Dövlət Komitəsi və Polşadakı səfirliyimiz ilə sıx əməkdaşlıq edəcəyi vurğulanıb.