YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XXIII Minsk Beynəlxalq kitab sərgi–yarmarkasında iştirak edir

Fevralın 10-da Belarus paytaxtında XXIII Minsk Beynəlxalq kitab sərgi–yarmarkası işə başlayıb.

Ənənəyə görə, ilin beynəlxalq sərgilər təqvimini açan ilk tədbirində 29 ölkədən, o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Litva, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, Çexiya və İsveçrədən qonaqlar iştirak edirlər.

Ən yaxşı nailiyyətlərini kitab vasitəsilə göstərən iştirakçılar maraqlı proqram tədbirləri təklif edirlər. Kitab yenilikləri təqribən 300 eksponent tərəfindən nümayiş etdirilir. Sərgi-yarmarkanın proqramına 200-dən çox tədbir, o cümlədən kitab layihələrinin təqdimatları, Belarusu və xarici ölkələri təmsil edən məşhur müəlliflərlə görüşlər daxildir. MDB ölkələri böyük ekspozisiya təqdim ediblər. Birliyin 25 illiyi mövzusu forumda geniş əks olunacaq.

Sərgi–yarmarka çərçivəsində ədəbiyyatçıların ənənəvi simpoziumu keçiriləcək.

Forumun təşkilatçıları Belarus İnformasiya Nazirliyi və Minsk Şəhər İcraiyyə Komitəsidir.

 

DİGƏR Xəbərlər Arxiv