YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akkan Suver: Hər dəfə Bakıya gedəndə möhtəşəm yeniliklərin şahidi oluram

Türkiyənin “Gözlem” qəzetində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin “Azərbaycanda Heydər Əliyev Mərkəzi” adlı məqaləsi dərc edilib. Bakıya səfəri zamanı Heydər Əliyev Mərkəzində gördüyü gözəlliklərlə bağlı təəssüratlarını türkdilli oxucularla bölüşən A.Suver hər dəfə Bakıya gedəndə möhtəşəm yeniliklərin şahidi olduğunu yazır.

Məqalədə dünya memarlığına yeni nəfəs gətirən Heydər Əliyev Mərkəzinin layihəsinin özünəməxsus cəhətləri, Mərkəzin fəaliyyəti, buradakı ayrı-ayrı sahələr barədə məlumat verilir. Professor yazır ki, Mərkəzdəki muzey Heydər Əliyev şəxsiyyətinə layiq şəkildə yaradılıb. Müəllif Azərbaycanın öz tarixinə və mədəniyyətinə sahib çıxması, yaşatmasından qürur duyduğunu bildirir.