YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarının rəhbərləri görüşəcəklər

Fevralın 12-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarının rəhbərlərinin növbəti toplantısı keçiriləcək.

Bu məlumatı Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili verib.

Nazir deyib ki, görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, bu sahədə mövcud olan problemlər və onların həlli yolları, eləcə də bu layihənin statusu müzakirə olunacaq. Yolun tikintisinin tezliklə başa çatdırılması ilə bağlı lazımi qərarlar qəbul ediləcək.

Görüşdə, həmçinin, üç ölkə arasında dəmir yolu daşınmaları, bu sahədə əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri də nəzərdə tutulub.

 

 

DİGƏR Xəbərlər Arxiv