YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveç Azərbaycanın qaçqınlarla bağlı təcrübəsinin öyrənilməsinə böyük əhəmiyyət verir

İsveç Avropada adambaşına düşən qaçqınların sayına görə birinci yerdədir. Bu ölkəyə pənah gətirən qaçqınların əksəriyyəti valideynləri olmayan uşaqlardır. Onların təhsil, səhiyyə və digər sahələrdə olan problemlərinin həlli bizə müəyyən çətinliklər yaradır. Ona görə də Azərbaycanın bu sahədəki təcrübəsi bizim üçün çox önəmlidir. Bizə maraqlıdır, Azərbaycan bu problemlərin öhdəsindən necə gəlib? Bu sahədə bizim sizdən öyrənəcəyimiz çox şey var.

Bu fikirləri ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallström fevralın 9-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilə görüşdə bildirib.

Baş nazirin müavini Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransındakı çıxışını xatırladaraq deyib ki, dövlətimizin başçısının bu konfransda da qeyd etdiyi kimi, 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs barədə razılığın əldə olunması ölkəmizə inkişaf etmək imkanı verdi. Eyni zamanda, qaçqın və məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə həllinə başlanıldı. Bu gün demək olar ki, biz 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi barədə qonağa məlumat verən Komitə sədri bildirib ki, son 200 ildə Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.