YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Abituriyentlərin müəllimlik ixtisaslarına marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub

«Təhsil Nazirliyi gələn ildən müəllimlərin əmək haqqını orta aylıq əmək haqqından 2 dəfə yüksəyə qaldırmaq niyyətindədir». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, indi abituriyentlər müəllim peşəsini seçməkdə maraqlı deyillər. Onun sözlərinə görə, əgər əvvəllər uğurlu məzunun böyük hissəsinin iddiası müəllim olmaq idisə, son 20 ildə biz müşahidə edirik ki, bu məzun daha çox hüquqşünas, iqtisadçı, dövlət məmuru və s. kimi peşələrə daha çox üstünlük verməyə başladı.

«Abituriyentlərin müəllimlik ixtisaslarına marağını artırmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təqaüd təsis olunub. Biz keçən ildən başlayaraq müəllimliyi ilk peşə kimi seçmiş və 500-dən çox bal toplamış 300 tələbəyə əlavə hər ay 100 manat təqaüd veririk»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv