YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıl Fərzəliyev: Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də gənclər siyasətidir

«Ölkəmizdə 2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunması Ulu öndər  Heydər Əliyevin  adı ilə bağlıdır.  Azərbaycanda gənclər siyasətinin əsası  məhz  Heydər Əliyev tərəfindən qoyulmuşdur.  Ulu öndər hakimiyyətdə olduğu müddətdə gənclər onun diqqət və qayğısını öz üzərilərində hiss etmişdir. Bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü gənc nəsil  yetişmişdir. Azərbaycan  gəncliyi dünyanın ən xoşbəxt gəncidir. Çünki bu gün  ölkəmizdə məhz Heydər Əliyevin  gənclər siyasəti Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir». Bu fikirləri yap.org.az saytına YAP-ın gənc fəal üzvü Cəbrayıl Fərzəliyev deyib.

C.Fərzəliyev bildirib ki, bu gün Azərbaycan dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də gənclər siyasətidir. Onun sözlərinə görə, gənclər siyasətini uğurla həyata keçirilməsi üçün görülən tədbirlər nəticəsində  sağlam və vətənpərvər ruhda yetişən  Azərbaycan gəncləri  milli-mənəvi dəyərlərin qorunmasında elmi, intellektual potensialın  formalaşmasında mühüm rol oynamışdır.

«Məhz bütün görülən bu tədbirlər elmli, yüksək intellektə, dünyagörüşünə malik olan gənc kadrları formalaşmasını mühüm töhfələr verməkdədir. Yüksək potensiala malik olan Azərbaycan gəncliyi idarəetmə mexanizminin daha səmərəli şəkildə həyata keçirilməsi üçün  yüksək fəallıq  nümayiş etdirməkdədir. Azərbaycan gənclər siyasətinin inkişafı sahəsində xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun  yaradılması bunu bariz nümunəsidir. Hansı ki, gənclərə bütün sahələrdə dövlət dəstəyini verməklə gənc nəslin daha sağlam, intellektual yetişməsinə şərait yaradır. Bundan əlavə "2007-2015-ci illər Azərbaycan gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiqi, 2007-ci ilin ölkədə «gənclər ili» elan olunması,  "Azərbaycan gəncliyi 2011-2015-ci illırdə " dövlət proqramının qəbul olunması cənab Prezidentin gənclərə etimad və münasibətinin əyani təzahürü idi. Odur ki, biz daim cənab Prezidentin ətrafında sıx birləşməli, dövlət siyasətini dəstəklənməli və dövlətin gələcəyi naminə səylə çalışmalıyıq.  Bu gün  Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və Prezidentimiz cənab İlham Əliyevin etimadını doğruldacağıq»- deyə, C.Fərzəliyev qeyd edib.