YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları müəyyən dairələrin əlində alətə çevrilib

«Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları müəyyən dairələrin əlində alətə çevrilib». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, “Freedom House” da məhz belə təşkilatlardan biridir. Onun sözlərinə görə, bu qurum həmişə siyasi sifarişlər yerinə yetirir.

«Bu qurum bütün hesabatlarında ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilib. “Freedom House”un son hesabatı da bunu təsdiqləyir. Bu qurumun himayədarları erməni lobbisi, antiazərbaycançı qüvvələrdir. “Freedom House” onlar üçün bir istismar sahəsinə çevrilib»- deyə, A.Quliyev vurğulayıb.