YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında daha bir quyu geoloji tədbirdən sonra istismara verilib

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 1887 nömrəli özülündən 2286 nömrəli quyu geoloji tədbirdən sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, quyu məhsuldar qatın IX horizontundan fontan üsulu ilə məhsul verib, 2107-2085 metr intervaldan sutkalıq 11 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.