YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin konteyner qatarı Gürcüstandan Azərbaycana yola salınıb

Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə hərəkət edən, bərə keçidlərini və quru yolu əhatə edən sınaq konteyner qatarı yanvarın 22-də Gürcüstandan Azərbaycana yola salınıb.

10 vaqon və 20 qırxfutluq konteynerdən ibarət sınaq qatarı Ukraynanın İlyiçevsk limanından yanvarın 15-də yola salınmışdı. Qatar Gürcüstanın Poti limanına yanvarın 20-də çatsa da, kəskin hava şəraiti ilə əlaqədar həmin gün limana yan ala bilməyib.

Bu gün səhər saatlarında sınaq qatarı Gürcüstandan Azərbaycana yola salınıb, axşam Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacaq. Azərbaycandan sonra qatar Qazaxıstan-Çin marşrutu ilə hərəkət edəcək.

 

DİGƏR Xəbərlər Arxiv