YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO görüşündə iştirak edəcək

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

 

DİGƏR Xəbərlər Arxiv