YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir

«Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir». Bu fikri yap.org.az saytına AŞPA-nın alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

 S.Qafarova bildirib ki, bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Onun sözlərinə görə, Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq,dözümlülük mərkəzlərindən birinə çevrilibdir.

«Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi bu fikri təsdiqləməklə yanaşı, həm də ölkəmizin inkişafından, dünyaya açıq olmasından xəbər verir. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır»- deyə, S.Qafarova qeyd edib.