YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Gənclər Azərbaycan cəmiyyətində üstün mövqeyə sahibdir

«Azərbaycanda gənclər və idman siyasəti prioritet istiqamətdir». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, gənclər Azərbaycan cəmiyyətində üstün mövqeyə sahibdir. Onun sözlərinə görə,  əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

«Hazırda gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsidir. Parlamentdə gənclər və idmanla bağlı  komitənin yaradılması da bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi tənzimləmə mexanizminin formalaşmasını daha da sürətləndirəcək»- deyə, komitə sədri qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv