YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıl Qəhrəman: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir

Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıqla yanaşı, dərin qardaşlıq əlaqələri mövcuddur. Ölkələrimizin dostluğu və qardaşlığı əbədidir.

Bu fikirləri Türkiyə Böyük Milli Məclisinin sədri İsmayıl Qəhrəman Türkiyənin Azərbaycandakı səfirliyində onun şərəfinə verilmiş ziyafətdə bildirib. Türkiyə parlamentinin sədri ölkələrimiz arasındakı əlaqələrin tarixi kökə malik olduğunu vurğulayıb. O, əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyini deyib.

Ziyafətdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, KİV təmsilçiləri, türkiyəli iş adamları iştirak ediblər.

 

DİGƏR Xəbərlər Arxiv