YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Şəhidlər xiyabanını ziyarət edib

Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Şəhidlər xiyabanını ziyarət edib.

Burada Əfqanıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Məhəmməd Əşrəf Qani Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Əfqanıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

DİGƏR Xəbərlər Arxiv