YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanda gender siyasəti müsbət nəticələr verir

«Postsovet məkanda ilk dəfə Azərbaycanda qadın məsələləri üzrə dövlət qurumu yaradılıb. Bu dövlətimizin bu məsələyə xüsusi diqqətlə yanaşmasının göstəricisidir». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycanda gender siyasəti müsbət nəticələr verir. Onun sözlərinə görə, bu sahədə mükəmməl hüquqi baza mövcuddur.

«Eyni zamanda, ölkəmizdə qadına qarşı zorakılıq hallarının aradan qaldırılması üçün çevik icra mexanizmi fəaliyyət göstərir. Onu da qeyd etmək lazımdır ki,  Təcavüzkar Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşən azərbaycanlı qadınlara aid problemlərin əsasında hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi dayanır. Bu münaqişə bütövlükdə xalqımıza böyük maddi və mənəvi ziyan vurub. Beynəlxalq birlik münaqişənin həlli üçün səylərini artırmalıdır»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv