YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: AHİK müasir şəraitdə hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinə nail olmağa çalışır

Azərbaycan Həmkarlar İttifaqları müasir şəraitdə hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinə nail olmağa çalışır. Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə "Həmkarlar İttifaqları orqanlarının 2018-ci ilədək əmək və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətinin əsas istiqamətləri" təsdiq edilib. Onun sözlərinə görə, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə əməyin mühafizəsi və təhlükəsizliyi üzrə komissiyaların üzvlərinin, ictimai əmək müvəkkillərinin və mütəxəssislərin təhsilinin artırılması, əməyin mühafizəsi üzrə baxış-müsabiqələrin keçirilməsi məsələləri getdikcə daha da aktuallaşır.

«AHİK və sahə həmkarlar ittifaqı təşkilatları sosial tərəfdaşların iştirakı ilə həmkarlar ittifaqları fəallarının təhsilinə, tematik bölgə seminarları, müşavirə, konfrans, dəyirmi masa, baxış-müsabiqələrin təşkili və keçirilməsinə, istehsalat zədələnmələri profilaktıkasına ictimai nəzarətə xüsusi diqqət ayırır»- deyə, S.Mehbalıyev vurğulayıb.