YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COMCEC-in İstanbuldakı toplantısı çərçivəsində Azərbaycana aid stend nümayiş olunur

Xəbər verdiyimiz kimi, noyabrın 23-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 31-ci iclası işə başlayıb.

Toplantı çərçivəsində təşkilata üzv ölkələrin tarixi abidələrinin qorunması və təbliğinə dair stendlər sərgilənir.

Azərbaycana dair stenddə COMCEC-in maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdəki arxeoloji turizm obyektlərində görülən işlərin nəticələri nümayiş olunur. Stenddə bu sahəyə aid fotolar, onlara aid ingilis və ərəb dillərində mətnlər yerləşdirilib.

Qeyd edək ki, 2014-cü ildə elan olunmuş 2-ci layihə çağırışına əsasən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Ümumi Mədəni İrs Şəhərlərinin Təbliği” adlı layihəsi qalib gələrək COMCEC-in təqdim etdiyi qrant vəsaitlə həyata keçirilib. Bu layihə 4 ölkədə (Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan) ortaq tarixi irsə malik şəhərləri birləşdirən beynəlxalq arxeoloji turizm marşrutunun təbliğini təmin edib.