YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşmışdır

Bu ilin may ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,7 faiz, sərnişindaşıma tarifləri isə 0,2 faiz ucuzlaşmışdır.

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri ilə müqayisədə 0,1 faiz, digər xarici ölkələrə nisbətən 7,5 faiz ucuzlaşma müşahidə olunmuşdur.

May ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,7 faiz enmişdir.

MDB ölkələrinə dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma tarifləri 11,3 faiz ucuzlaşmış, dəniz nəqliyyatında isə yükdaşıma tarifləri 4 faiz bahalaşmışdır.

Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 4 faiz ucuzlaşma qeydə alınmışdır.