YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir

   Milli Məclisinin Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov

- Kamaləddin müəllim, məlum olduğu kimi, ölkəmizdə davamlı şəkildə reallaşdırılan iqtisadi islahatlar yeni mərhələyə qədəm qoyub. Bu islahatların əsas istiqamətləri haqqında sizin fikirlərinizi bilmək istərdik...

- Bildiyimiz kimi, hələ Ulu Öndər Heydər Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir və bu gün bizim siyasi müstəqilliyimizin təməlində iqtisadi müstəqillik dayanır. Bu gün Azərbaycanın iqtisadi uğurlarını heç kəs inkar edə bilməz. Ölkəmiz dünyanın dinamik inkişaf edən ən stabil ölkələrindən biridir.

Prezident İlham Əliyevin yanında oktyabrın 15-də keçirilən  iqtisadi müşavirədə cari ilin son 9 ayı ərzində Azərbaycanda iqtisadiyyat sahəsində əldə olunan çox böyük uğurlardan söhbət açılmışdır. Göstərilmişdir  ki, bu müddət ərzində qeyri –neft sektorunda artım 3%, qeyri-neft sənayesində isə 15%-dən çox olmuşdur. Sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilmiş, iqtisadiyata 10,146 milyon manatdan çox investisiya yatırılmış, ölkəmizin valyuta ehtiyatları 50 milyard dollar təşkil etmişdir. 186 ölkə ilə ticarət əlaqələri yaradılmış, xarici ticarət dövriyyəsi 25,3 milyard dollara  çatmışdır. Sevindirici haldır ki, qeyri-neft ixracı 15%  artaraq 1,4 milyard dollarlıq səviyyədə qərarlaşmışdır.

Minimum əmək pensiyası 200 manat, minimum əməkhaqqı isə 250 manat miqdarında müəyyən edilmişdir. Təkcə 2 sosial paketlə 4,2 milyon insanın maddi güzəranı xeyli yaxşılaşdırılmışdır.     Dünya Bankının “Doing Busines” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkələri sırasına daxil olması, rəqabət qabiliyyətli indeksində ölkəmizin öz mövqelərini daha da yaxşılaşdırması ondan xəbər verir ki, əslində,  islahatlar makroiqtisadi sabitliyin qorunub saxlanmasına və makroiqtisadi göstəricilərdə artım tempinin formalaşmasına və qorunuçb saxlanmasına imkan yaradır. Bu məqam, eyni zamanda, beynəlxalq səviyyədəki mövqeyimizin möhkəmlənməsinə səbəb olur.

Hazırda  ölkənin 33 rayonunda  262 min hektar ərazidə 51 aqropark və  fermer təsərrüfatının yaradılması istiaqmətində nəhəng işlər görülür. Bu vəzifələrin reallaşdırılmasına dövlət tərəfindən 2,4 milyard manatdan çox vəsait ayrılmışdır.

Təbii ki, bütün bunlar günü-gündən daha da uğurla reallaşdırılan iqtisadi, siyasi və sosial  islahatlar  nəticəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev  son müşavirədə bu islahatlara verilən qiymət və dəstəklə bağlı demişdir: “...Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir.  Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar  uğurla gedir.Beynəlxalq aparıcı maliyyə qurumları da bu sahədəki fəaliyyətimizi yüksək vqiymətləndirirlər...”

- Kamaləddin müəllim, 2020-ci il icbari tibbi sığortanın bütün respublika miqyasında tətbiq ediləcəyi ildir...

- İcbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı davamlı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artırır. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır.

Gələn il  Azərbaycanda icbari tibbi sığortanın tətbiqi planlaşdırılır. Bildiyiniz kimi, bu prosesə bir neçə il əvvəl başlanmış, Yevlax, Mingəçevir şəhərlərində və Ağdaş rayonunda pilot layihələr səviyyəsində icbari tibbi sığorta tədbirləri həyata keçirilmişdir.

Səhiyyə sistemlərində maliyyələşmə mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə icbari tibbi sığortanın 4 istiqaməti mövcuddur. Azərbaycanın icbari tibbi sığorta sisteminin  tətbiqi zamanı   2 xidmət paketinin təklif edilməsi nəzərdə tutlur.

Birinci paket  üçün tələb olunan 29 manatlıq vəsait dövlət hesabına qarşılanacaq . Əlavə xidmətlər paketinin isə 2% əmək haqqı və 2% işəgötürən hesabına maliyyələşəcəyi planlaşdırılır.

Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi sosial sahədə həqiqətən inqilabi bir addımdır. Qarşıda duran nəhəng vəzifələrin reallaşdırılması üçün gələn ilin Dövlət büdcəsində səhiyyə sahəsinə  rekord miqdarda - təxminən 1,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutlur.

- Dövlət başçısı İlham Əliyev idarəçilikdə yeni ənənənin əsasını qoydu:artıq dövlət məmurlarını şəxsən özü qəbul edir. Ümumuyyətlə, Prezident İlham Əliyevin kadr siyasətində hansı yenilikləri göstərə bilərsiniz?

- Sualınza bir qədər düzəliş vermək istərdim. Bu, yeni ənənə deyil. Möhtərəm Prezidentimiz bir qayda olaraq, nomenklatur işçiləri, ölkənin müəyyən strukturlarında  hansısa  vəzifə  etibar edilməsi nəzərdə tutulan , və ya konkret vəzifədə çalışan  ayrı-ayrı şəxslərlə daim görüşür. Dövlət başçısı bu görüşlər zamanı yeni kadrların fəaliyyət perspektivləri, işinin prioritet məqamları ilə bağlı tapşırıq və tövsiyələrini verir. Digər kadrların isə cari işlərin gedişi ilə bağlı hesabatlarını dinləyir. Sadəcə olaraq, bu görüşlərin informasiya təminatı formatı bir qədər dəyişib, təkmilləşib ki, bu da şəffaflığın daha da geniş şəkildə təmin ediməsi məqsədini güdür.

Bildiyiniz kimi, bu yenilik cəmiyyətdə maraqla qarşılanıb və cəmiyyət -dövlət, cəmiyyət-hökumət münasibətlərində bir yaxınlaşma və bir etimadın yaranmasına vəsilə olub.

O ki, qaldı kadr siyasətinə, bilirsiniz, bu məsələ  bağlı çoxdan diqqət mərkəzindədir. Ölkəmizdə idarəçilik , o cümlədən dövlət idarəçiliyi məsələləri, kadrların seçilib yerləşdirilməsi, tapşırılan iş üçün onların məsuliyyətinin artırılması sahəsində ciddi, məqsədyönlü iş aparılır. Özünüz də şahidsiniz ki, uzun illər dövlət və hökumət strukturlarında çalışan yaşlı kadrlar indi könüllü şəkildə öz vəzifələrindən istefa verir və bu vəzifələrə cavan, özünü praktik işlərdə yaxşı göstərmiş perspektivli kadrlar əvəzləyir. Bu, belə də olmalıdır və cavanlaşma prosesi, ölkənin gələcəyinin gənclərə etibar edilməsi prosesi bu şəkidə tədricən həyata keçirilməlidir.

Bu proses də islahatlar paketinin ayrılmaz hissəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bir neçə gün bundan əvvəl dediyi sözləri xatırlayırsınızmı? “Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər”, – deyə dövlət başçısı vurğulamışdı.

- Kamaləddin müəllim, oktyabrın 19-da Bakının mərkəzində icazəsiz aksiyaya cəhd edildi. Bəzi politoloqların fikrincə, Azərbaycan dövlətinə və dövlətçiliyinə, xalqa  qarşı ən rəzil və yolverilməz üsullarla mübarizə aparmağa cəhd edən siyasi qüvvələr, əslində, bir sıra  xarici dövlətlərin və təşkilatların iradəsinin ortaya qoymuşdular...

- Bu məsələ son günlər cəmiyyətin gündəmində olan əsas müzakirə mövzularından biridir. Bilirsinizmi, hər bir hadisə baş verərkən, ilk növbədə, bu aksiyanın hansı situasiyadan qaynaqlandığını, kimlərə sərfəli olduğunu, bu işin hansı qrupların və qüvvələrin mənafeyinə uyğun gəlməsini araşdırmaq lazımdır. Bu məqsədlə aksiya ərəfəsində baş vermiş siyasi prosesləri xatırlayaq.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev oktyabrın əvvəlində Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və ondan sonra Türkmənistanın paytaxtı  Aşqabadda  MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi tezisləri və qətiyyətli bəyanatları, şübhəsiz, Qərbin bəzi siyasi qüvvələrinin, o cümlədən bədnam qonşularımızın və onların züytutanlarının xoşuna gələ bilməzdi. Təkcə Prezidentimizin “Dağlıq Qarabaq Azərbaycanındır və nida!” tezisi  dünynın  ən aparıcı KİV-nin manşetinə çıxdı, böyük pozitiv əks-səda doğurdu.

Ölkə Prezidentinin bu ilin  9  ayının sosial-iqtisadi nəticələrinə həsr olunmuş müşavirədə parlaq nitqi və islahatların inkişaf edəcəyi və daha da dərinləşəcəyi ilə bağlı anonsu Azərbaycanı gözü götürməyən xarici qüvvələrin böyük narahatlığına səbəb oldu. Nəhayət ,  oktyabrın  25-26-da keçiriləcək Qoşulmama Hərəkatına üzv olan dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə görüşünə kolgə salmaq cəhdləri də, əslində, Avropada yazılan ssenarinin  Bakıda reallaşması cəhdi idi.

Reputasiyası korlanmış, nüfuzdan düşmüş, ikili standartlarla hərəkət edən bu Avropa təşkilatları artıq dünyada ciddi qəbul edilmir, onların fikir və rəyləri bir çox ölkələrdə  etimad və etibar doğurmur. Onlar müxalifəti zəif və səriştəsiz olan ölkələrə nüfuz edərək, tarixin səhnəsində bir qədər də duruş gətirmək istəyirlər. Amma bir şeyi anlamırlar ki,nə  zaman o zaman, nə də məkan da o məkandır...

Biz hamımız əminik ki, xaricdən idarə olunan bu cür aksiyalar bizi islahatlar yolundan sapdıra bilməz, əksinə, cəmiyyətimizə, vətəndaşlarımıza  Azərbaycanın daha da inkişafı və rifahı naminə  böyük  qətiyyət  və əzmkarlıq aşılayır.