YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı çıxış edən ünsürlər sosial şəbəkələrdə söyüş rəzilliyindən mənəvi terror vasitəsi kimi istifadə edirlər

   Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov

-Kamaləddin müəllim, əvvəlcə  ölkə prezidentinin bu müsahibəsinin əsas  özəlliklərini, onun aktuallığını şərtləndirən məqamlarla bağlı Sizin fikirinizi öyrənmək istərdik.

-  Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyevin “Real “ TV-yə verdiyi  geniş  müsahibə ölkə  ictimaiyyətinin böyük marağına səbəb olub. Bu müsahibə ölkədə gedən inqilabi quruculuq işlərinə işıq salmaqla bərabər, Azərbaycanın gələcək iqtisadi və siyasi inkişaf strategiyasına, sosial siyasətin əsas parametrlərinə və xalqın bir sıra taleyüklü məsələlərinə aydınlıq gətirməklə yadda qaldı.

Doğrudan da Azərbaycan Respublikasının Prezidenti  möhtərəm İlham  Əliyevin bu müsahibəsi istər ölkə daxilində, istərsə də  onun hüdudlarından çox-çox uzaqlarda böyük maraqla qarşılanmışdır.  Prezidentimizin vətəndaşlar qarşısında bir növ hesabat xarakteri daşıyan,  dərin təhlilə və geniş məna tutumuna malik hesabatının media vasitəsi ilə reallaşmasının özü maraqlı və original bir hadisədir.

Bu müsahibədə  beynəlxalq siyasətin əsas parametrlərinə  çevik  reaksiya,  ölkə daxilində baş verən inqilabi qurub-yaratmaq və davamlı inkişaf strategiyasının əsas hədəfləri ilə bağlı zəngin informasiya vardır.  Mediaya verdiyi müsahibənin  əsas məqamları islahatların mahiyyəti və genişləndirilməsi, onun mərhələləri,  struktur dəyişiklikləri, ölkə həyatının bütün sahələrində şəffaflığın bərqərar olması, hazırkı mərhələdə media ilə münasibətlərin daha da təkmilləşdirilməsi və digər məsələlərdir.

-Ölkəmiz yeni islahatlar dövrünə qədəm qoyduğu üçün bu sahədə görülən işlərin və qarşıda duran vəzifələrin xarakterindən danışmaq yerinə düşərdi..

- Azərbaycanın  praqmatik düşüncə tərzinə və ölkənin ümumi  qüdrətinin artmasına yönələn iqtisadi-siyasi və sosial siyasəti özünün miqyası və effektivliyi ilə bütün dünyada tanınır. Davamlı,  uğuğrlu islahatların kecirilməsi bu siyasətin ayrılmaz tərkib hissəsidir. Prezidentimiz İlham Əliyevin da qeyd etdiyi kimi, bu islahatların əsası 1993-cü ildə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev geniş xalq kütlələrinin çağırışı ilə  ikinci dəfə hakimiyyətə gələrkən qoyulmuşdur.  Böyük öndərimiz həmin vaxtlar dövləti və dövlətçiliyimizi qoruyaraq onun stabil inkişaf yoluna qədəm qoyması üçün çox böyük səylər göstərdi,  Azərbaycanı dinamik inkişaf yoluna çıxardı.

İslahatların ikinci mərhələsi 2003-cü ildən Azərbaycanın sükanı arxasına keçən, ulu öndərin ideya-siyasi irsini yaşadaraq daha da zənginləşdirən,  H.Əliyevin nəhəng quruculuq arzularını yaradıcı şəkildə reallaşdıran İlham Əliyev cənablarının hakimiyyətə gəldiyi dövrdən başlandı. Keçən 15 il ərzində Azərbaycan daha da inkişaf etdi, qüvvətləndi, nəinki regionun, hətta dünyanın inkişaf etməkdə olan qabaqcıl ölkələrindən birinə cevrildi.

Müasir dövrün çağırışları və tələbləri ilə bağlı labüd olan islahatları Azərbaycan Prezidenti  möhtərəm İlham  Əliyev müsahibədə çox dəqiq izah edir və əsaslandırır: “2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi. Ona görə də 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır.” Prezidentimizin müsahibəsi xalq  qarşısında  ən mükəmməl hesabat və strateji fəaliyyət proqramıdır.

-Kamaləddin müəllim, çox təəssüf ki, bu davamlı inkişaf, qurub-yaratmaq əzmi xaricdəki bədxahlarımızın, ilk növbədə  “sapı özümüzdən olan baltaların”  ürəyincə deyil və onlar hər vəchlə ölkədə qarışıqlıq yaratmağa, görülən işlərə kölgə salmağa can atırlar…

Bəri başdan deyim ki, siz qeyd edən şəxslərin xalqımızla, onun keçmişi və gələcəyi ilə heç bir əlaqəsi  yoxdur, ola da bilməz. Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən həmin  ünsürlər mediadan, sosial şəbəkələrdən , söyüş rəzilliyindən mənəvi terror vasitəsi kimi istifadə edirlər. Bəlli xarici qüvvələr tərəfindən dəstəklənən, daha doğrusu, şirnikləndirilən  bu  manqurtlar Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirməklə yanaşı, həm də aldıqları çirkli vəsait qarşılığında cəmiyyətə dağıdıcı çağırışlar da  edirlər.  Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması və dezinformasiyaların tüğyan etməsi  cəmiyyətdə çaşqınlıq yaratmaq, ölkədə qarışıqlıq yaratmaq kimi miskin bir məqsədə  hesablanıb. Amma bu cılız insanların cəhdləri cəmiyyətimizin üzvləri tərəfindən ikrah, təpki və nifrətlə qarşılanır.

İqtidarın saysız-hesabsız uğurlarını “həzm edə bilməyən” “beşinci kalon”  təmsilçilərinin nəticəsizliyə məhkum olan Sizif cəhdləri hiddət,  təəssüf doğurur,  məğlubiyyət və tövbəyə məhkumdur.Bütün bu cəhdlər faydasızdır, çünki Azərbaycan cəmiyyəti artıq keçmişlərdə mövcud olmuş toplum deyildir, dövlət və dövlətçiliyə yönələn istənilən cəhdi dəf etməyə qadirdir.

Müasir  Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, stabil  ölkələrdən biridir  və Azərbaycan xalqı Prezidentimiz İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasəti   dəstəkləyir,  dövlətimizin rəhbərliyinə  öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir. Məhz bu səbəblərdən özünü  radikal qüvvələr  adlandıran tör-töküntülərin  Azərbaycanda sabitliyi pozmaq, cəmiyyətdə qarışıqlıq yaratmaq  cəhdləri heç bir nəticə verməyəcəkdir.