YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır, zamanın çağırışlarına uyğun olaraq məqsəd və vəzifələrini müəyyənləşdirir

   Milli Məclisin deputatı, Yeni Azərbyacan Partiyası Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva

- Sədaqət xanım, məlum olduğu kimi, dekabrın 1-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2018-ci il üçün dövlət büdcəsi təsdiqləndi. Bu kontekstdə gələn il üçün nəzərdə tutulmuş büdcə ölkəmizin inkişafı baxımından hansı perspektivi vəd edir?

- Son illərdə dünyada iqtisadi proseslərin xüsusiyyətləri kifayət qədər dinamik formada dəyişməkdədir. Belə bir şəraitdə müşahidə edilən əsas meyillər kimi enerji daşıyıcılarının qiymətindəki nisbi sabitlik, dünya üzrə iqtisadi templərinə təsir edəcək iqtisadi risklərin spektrinin genişlənməsi, geosiyasi proseslərin yaratdığı təlatümlər və s. qeyd edilməlidir. Bütün bunların fonunda isə biz Azərbaycanda dinamik inkişafın göstəricilərini də müşahidə etməkdəyik. Elə bu göstəricilər də öz əksini 2018-ci ilin dövlət büdcəsinin vəziyyətində tapmaqdadır. Məhz, 2018-ci il üçün dövlət büdcəsidə ölkəmizin tərtib olunmuş makroiqtisadi proqnoz göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlandı. Artıq təsdiq olunan 2018-ci ilin dövlət büdcəsiyeni makroiqtisadi şəraitin yaratdığı yeni iqtisadi təlatümləri və reallıqları, habelə ölkəmizin üzləşdiyi strateji çağırışları nəzərə alır, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ənənəvi olaraq sosialyönümlü siyasətinin davam etdirilməsi üçün müvafiq maliyyə təminatını yaradır.

Gələn ilin büdcəsinin başlıca istiqamətləri isə ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların daha dinamik şəkildə davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir. Aydın görünür ki, strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq, dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir.

Ümumi aparılmış təhlillər göstərir ki, 2018-ci ilin büdcəsində gəlirlər ötən ilə nəzərəntəxminən 20 faiz artıb, 20 milyard 127 milyon manat təşkil edir. Həmçinin, müqayisə apardıqda görürük ki, dövlət büdcəsində gələn il üçün nəzərdə tutulmuş sosial müdafiə xərcləri2017-ci illə müqayisədə 193 milyon manat çoxdur. Yəni, dövlət gələn il üçün büdcədə sosial xərclərə daha çox yer verir. Bu mənada, hökumət vətəndaşların sosial rifah halını nəzərə alaraq maaş və təqaüdlərin, eyni zamanda digər sosial ödənişlərin artırılması planını da həyata keçirəcək. Bütün bunlarla yanaşı, yaşayış minimumunun artırılaraq 173 manata çatdırılması da müəyyən mənada insanların gəlirlərinin artırılmasına təsirini göstərəcək.

Bununla yanaşı, gələn ilki dövlət büdcəsində ümumi səhiyyə xərcləri təxminən 740 milyon manat nəzərdə tutulmuşdur. O cümlədən, dövlət xəstəxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə əlavə 10 milyon manat ayrılmışdır. Eyni zamanda, Talassemiya ilə Mübarizə Dövlət Proqramının icrasının maliyyələşməsi üçün 10.5 milyon manat ayrılıb. Hətta, vərəmlə mübarizə üzrə tədbirlərin icrası üçün ayrılan vəsait ötən illə müqayisədə 2 dəfə - 1.1 milyon manat artırılaraq 2.1 milyon manata çatdırılıb.

Bir sözlə, 2018-ci ildə də dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi əsas prioritet istiqamət olaraq saxlanılacaq.2018-ci il dövlət büdcəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə, iqtisadi inkişafın davamlılığına xidmət edəcək.

- Ümumilikdə nəzər saldıqda görürük ki, dünyada qlobal böhran proseslərinin hələ də müşahidə edilməsinə baxmayaraq, Azərbaycan bütün istiqamətlər üzrə inkişaf edir. Daxili və xarici siyasət sahəsində yeni-yeni nailiyyətlər əldə olunur, diplomatik qələbələr qazanılır. Fikrinizcə, bu uğurların əsasında hansı faktorlar durur?

- Çox düzgün qeyd edirsiniz ki, bu gün dünya ölkələrindəbaş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb.Əlbəttə ki, ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması, siyasi-hərbi qarşıdurmaların mənfi təsirlərinə məruz qalmaması, əksinə işğal olunmuş torpaqlarının azad olunması üçün diplomatik və hərbi gücünü nümayiş etdirməsi, nəhayət, “sabitlik adası” kimi vətəndaşının rifahını, firavanlığını təmin edə bilməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da mütəmadi olaraq öz əksini tapır. Heç də təsadüfi deyilki, Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Hətta, "G20"yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalırlar. Bununla yanaşı, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan "Doing Business 2018" hesabatında 8 pillə irəliləyən Azərbaycan 190 ölkə arasında 57-ci mövqeyə yüksəlib, Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri olub.

Göründüyü kimi, Azərbaycan dövləti ölkə iqtisadiyyatının və sosial sektorun dinamik inkişafı, həmçinin, insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət proqramları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalarını tətbiq edir. Məhz, qlobal böhranın təsirlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin göstərişilə yeni iş yerlərinin açılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasətinin göstəriciləridir.

Bir sözlə, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu bütün hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir. Məhz, bu mənada hər bir azərbaycanlı - yaşından, dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəs Azərbaycanın dinamik inkişafını, siyasi sabitliyini, təhlükəsizliyini qorumalıdır. Bunun üçün isə hər zaman olduğu kimi bütün məqamlarda Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdirməliyik.

- Müstəqil və müasir Azərbaycanın inkişafı prosesində, əldə etdiyi uğurlar və nailiyyətlərdə bu günlərdə 25 illik yubileyini qeyd etmiş Yeni Azərbaycan Partiyasının da xüsusi payı vardır. Partiyamızın yubileyi isə respublika miqyasında qeyd edildi. Hətta, partiya ulu öndər Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirməklə dövlətin ekoloji siyasətinə uyğun olaraq “Hərəyə bir ağac əkək” aksiyası çərçivəsində 700 min ağacın əkilməsi tədbirlərinə start verdi. Bununla əlaqədar YAP Nizami rayon təşkilatı hansı tədbirləri həyata keçirir?

- Öncə onu qeyd edim ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutur. Əlbəttə ki, YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatı da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Partiyamızım bir parçası olan YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.

YAP Nizami rayon təşkilatı da partiyamızın 25 illik yubileyini yüksək əhval-ruhiyyə içərisində qeyd etdi. Bütün ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirildi, partiya veteranlarına fəxri fərmanlar, diplomlar verildi, mükafatlandırıldı. Eyni zamanda, partiyanın yubileyi ilə bağlı rayon İcra Hakimiyyəti və “İki sahil” qəzeti ilə birgə rəsm və inşa müsabiqələri də keçirildi.Əlbəttə ki, partiya rəhbərliyinin “Hərəyə bir ağac əkək” təşəbbüsünə də qoşulduq. Rayon rəhbərliyinin, ictimaiyyətin və partiya fəallarının iştirakı ilə ağacəkmə aksiyası keçirildi, 200-dən artıq müxtəlif növ ağaclar əkildi, onlara qulluq edildi.

Gördüyünüz kimi, fəaliyyəti çoxşaxəli və geniş olan Yeni Azərbaycan Partiyasının bütün görülən işlərinin mahiyyətində duran fəlfəsə də dəyişməzdir. Bu mənada əminəm ki, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursa sadiqliyimiz bundan sonra da daha da möhkəmlənəcək, hər birimizə göstərilən etimadı layiqincə doğruldacağıq.