YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

MÜSAHİBƏLƏR

Azərbaycanda sosial məsələlərin həlli həmişə dövlətin diqqət mərkəzindədir

   Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev

- Rauf müəllim, 2015-ci il artıq tarixə çevrildi. Azərbaycan üçün bu ili necə xarakterizə edərdiniz?

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçrilən siyasət nəticəsində 2015-ci il də ötən illər kimi Azərbaycan tarixində uğurlu illərdən biri kimi yadda qalacaq. Ölkənin dinamik inkişafına nail olunmuş, Azərbaycanda aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadi artım təmin edilmişdir. Qeyri-neft sektorunda 7%-dən çox artıma nail olunmuşdur. Bütövlükdə Azərbaycanda iqtisadi sahədə aparılan siyasət mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir.

Davos Ümumidünya Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 40-cı yerdədir. Bu onu göstərir ki, Azərbaycanda social-iqtisadi inkişaf sahəsində hərtərəfli düşünülmüş düzgün siyasət aparılır. 2015-ci ildə ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır. Azərbaycanın apardığı müstəqil prinsipial xarici siyasət kursu dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Hər bir məsələ ilə bağlı Azərbaycan prinsipial mövqeyini nümayiş etdirmişdir. Əlbəttə, bu siyasət bəzi anti-Azərbaycan qüvvələri narahat edir. Ancaq bu cür təzyiqlər, hədə-qorxular Azərbaycanı seçdiyi müstəqillik yolundan döndərə bilməyəcəkdir. Dövlətimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla irəliyə doğru inkişaf edəcəkdir.

2015-ci ildə ölkəmizdə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçrilmişdir. Bu da ölkəmizin həyatında mühüm hadisələrdən biri olmuşdur. Bu seçki də əvvəlki illərdə olduğu kimi şəffaf və ədalətli keçrilmişdir. Bütün beynəlxalq müşahidəçilər bunu qeyd etmişlər. Seçkidə Yeni Azərbaycan Partiyası böyük uğur qazanmışdır. Seçkilərin nəticəsi xalq tərəfindən indiki iqtidarın siyasətinə verilən yüksək qiymətin təzahürüdür. Azərbaycan demokratiya yolu ilə gedir və heç bir qüvvə buna mane ola bilməz. Bu gün xalq-iqtidar birliyi, milli həmrəylik ən yüksək səviyyədədir.

Ötən il həm də Azərbaycan regionlarının inkişafına dair müvafiq Dövlət Proqramlarının, o cümlədən 2014-2016-cı illərdə “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”nın uğurla həyata keçirdiyi bir il olmuşdur. 2015-ci ildə mənim deputat seçildiyim Xəzər və Pirallahı rayonlarında qeyd olunan Dövlət Proqramlarına əsasən geniş miqyaslı tikinti –abadlıq işləri həyata keçirilmiş, çoxlu sayda sosial infrastruktur layihələri həyata keçrilmişdir. Son illər ərzində Xəzər rayonunda 26 orta məktəb, uşaq bağçası tikilib istifadəyə veilmiş və əsaslı təmir olunmuşdur. Bütün səhiyyə ocaqları əsaslı təmir olunmuş və yeni müasir avadanlıqlarla təmin olunmuşdur. Rayonda fəaliyyət göstərən mədəniyyət sarayları, mədəniyyət evləri, klublar, kitabxanalar əsaslı təmir olunmuş və yeniləri tikilib istifadəyə veilmişdir.

30 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Zirə qəsəbəsində yüksək standartlara cavab verən Zirə Mədəniyyət Mərkəzinin və EKO-parkın açlışında iştirak etmişdir.

- Ötən ilin ən mühüm hadisələrindən biri ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsi oldu. Ölkəmiz üçün bu hadisənin əhəmiyyəti nədən ibarətdir?

- 2015-ci ildə ilk dəfə olaraq Avropa Oyunları Azərbaycanda, Bakı şəhərində keçrilmişdir. 12 iyun 2015-ci il tarixində Bakı şəhərində Milli Olimpiya Stadionunda I Avropa Oyunlarının möhtəşəm açlış mərasimi bütün dünyada böyük əks-səda doğurmuşdu. Bu tədbir öz milliliyi ilə, eyni zamanda müasirliyi ilə, qeyri-adiliyi ilə 100 milyonlarla tamaşaçını heyran qoymuşdur. Azərbaycan müstəqilliyinin 24 ili ərzində bütün sahələrdə əldə etdiyi naliyyətləri bu açılış mərasimi ilə bir daha bütün dünyaya təqdim etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümumi rəhbərliyi ilə, Mehriban xanım Əliyevanın sədrlik etdiyi “Bakı -2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən böyük dövlətlərin 6-7 il ərzində həyata keçirdikləri hazırlıq cəmi 2.5 il ərzində yerinə yetrilmişdir.

6 mindən çox idmançı, qonaqlar, dünyanın müxtəlif dövlətlərini təmsil edən dövlət və hökümət başçıları ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişlər. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçrilmişdir. Artıq “Avropa Oyunları”nın Azərbaycan standartı müəyyənləşdirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Bu, eyni zamanda Azərbaycan idmanının təntənəsidir. Bu oyunlarda Azərbaycan idmançıları 56 medal qazanmışlar-onlardan 21-i qızıl medaldır. Azərbaycanın milli komandası ikinci yerə layiq görülmüşdür. Bu doğurdan da Azərbaycanın böyük zəfəridir, hər bir Azərbaycan vətəndaşı bu uğurla fəxr edə bilər. Azərbaycan həm bu idman bayramının təşkilatçısı kimi, həm idmançılarımızın 50 iştirakçı dövlət arasında əldə etdiyi möhtəşəm tarixi qələbə ilə dünyada özünü bir daha idman ölkəsi kimi təsdiq etdi. Avropa qitəsi ilə Asiya qitəsinin kəsişməsində yerləşən Azərbaycan bütün dünyaya xalqımızın sülhsevər, mehriban, qonaqpərvər, tolerant, yüksək mədəni-mənəvi dəyərlərə malik bir xalq olduğunu nümayiş etdirdi. Əldə olunmuş bu zəfərin arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illər dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsi dayanır. Vaxtı ilə Ulu öndər Heydər Əliyev demişdir: “Gün gələcək Azərbaycan dünyaya günəş kimi parlayacaq”. Artıq vaxt gəlmişdir, Azərbaycan dünyaya günəş kimi parlamışdır.

- Hazırda dünyada sosial-iqtisadi böhran hökm sürür. Belə bir şəraitdə Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət haqqında fikirlərinizi bilmək istərdik...

- Artıq neçə illərdir ki, dünyada sosial- iqtisadi böhran davam edir. Dünyanı bürümüş bu iqtisadi və maliyyə böhranı, eyni zamanda bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar, Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Ümumilikdə iqtisadi inkişaf sahəsində əldə olunan yüksək nəticələr sosial sahələrin inkişafına şərait yaratmışdır. Azərbaycanda sosial məsələlərin həlli həmişə dövlətin diqqət mərkəzində olmuş və olacaqdır. Gəlirlərin kəskin azalmasına baxmayaraq sosial layihələr təxirə salınmır. Bütün sosial layihələr icra olunur. Bu Azərbaycanda aparılan dövlət siyasətinin mahiyyətini və məzmununun göstəricisidir.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə, gücləndikcə insanların rifahı dövlətin prioritet məsələsi olub və olacaqdır. 2015-ildə əldə olunmuş əhəmiyyətli sosial- iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına o cümlədən gəlirlərin və orta aylıq əmək haqqının artmasına real şərait yaratmışdır. Bundan başqa ölkənin aztəminatlı və imtiyazlı qrupdan olan şəxslərə köməklik məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 dekabr 2015-ci il tarixdə “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında”, 21 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konusitutusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamlar imzalamışdır. Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada bazar iqdisadiyyatı və əhalinin sosial müdafiəsi bir –biri ilə üzvü şəkildə bağlıdır. Sosial müdafiə sistemi ilk növbədə hər bir vətəndaşın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi dövlət büdcəsinə nəzərən bird aha təstiqini tapır. Azərbaycan dünya iqdisadiyyatını ciddi sınaqlarla üz-üzə qoyan böhranın yaratdığı çətinlikləri qabaqlayıcı tədbirlərhəyata keçirtməklə aradan qaldırmış və davamlı inkişafını təmin etmişdir. Prezident İlham Əliyev demişdir: “Görürük ki, dünyanın müxtəlif yerlərində böhran-iqtisadi böhran, maliyyə böhranı, siyasi böhran yaşanır. Belə olan halda nəinki investisiyalar qoyulmur, hətta maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisar edilir. Ancaq buna baxmayaraq biz Azərbaycanda bunun tam əksini görürük”.

Ölkədə sosial proqramların həyata keçrilməsi bilavasitə regional dövlət proqramlarının icrası sayəsində mümkün olmuşdur. 2004-2008-ci illəri əhatə edən Dövlət proqramının qəbul edilməsi ölkə həyatında yeni bir dövrün əsasını qoydu. Birinci dövlət proqramında nəzərdə tutulan işlər uğurla həyata keçirildi. Bölgələrdə çoxsaylı infrastruktur və sosial layihələr həyata keçirildi, yüzlərlə sənaye, emal, kənd təsərrüfatı və xidmət obyektləri tikilərək istifadəyə verildi. Lakin bölgələrin inkişaf stategiyasının başa çatdırmaq üçün hələ çox işlər görmək lazım idi. Bu məqsədlə 2009-2013 və 2014-2018-ci illəri əhatə edən növbəti Dövlət Proqramları qəbul olundu.

Dövlət tərəfindən son 10 ildə regionların sosial-iqtisadi inkişafı üçün milyardlarla vəsait xərclənib: birinci proqramın yerinə yetrilməsi ilə çoxsaylı sosial-iqtisadi layihələrin həyata keçrilməsi üçün 6.8 milyard manat, ikinci Dövlət Proqramı çərçivəsində isə 14.5 milyard manat xərclənmişdir. Son 12 il ərzində bu proqramların yerinə yetrilməsi nəticəsində 1 milyon 200 mindən çox yeni iş yerləri açılmışdır. Bu müddətdə 55.6 min müəssisə yaradılıb, işsizlik 5, yoxsulluq səviyyəsi isə 5.3 faizə enib. Bu proqramların icrası zamanı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçrilib. Onlar üçün 84 qəsəbə tikilib, 210 min məcburi köçkün yeni mənzillərə köçüb. Son 12 ildə 500-dən çox  səhiyyə müəssisəsi 3000-dən çox məktəb tikilib və əsaslı təmir olunub.

- Rauf müəllim, ölkəmizdə sosial qanunvericiliyi  necə qiymətləndirirsiniz? Bu sahədə yeni qanunların qəbul edilməsi gözlənilirmi?

- Ümumiyyətlə, ölkəmizdə bütün sahələr üzrə o cümlədən sosial sahələr üzrə lazım olan qanunvericilik bazası yaradılmışdır. Ancaq həyat davam edir, cəmiyyət inkişaf edir, ona görə də mövcud qanunlarda əlavələr və dəyişikliklər edilməsinə və lazım gəldikdə yeni qanunların qəbul edilməsinə ehtiyac vardır. Sosial sahələri əhatə edən qanunvericilik bilavasitə əhali ilə onların yaşayışı və əmək fəaliyyətləri ilə əlaqədar olduğundan bu sahədəki mövcud qanunvericilik aktlarına dəyişikliklər digər sahələrə nisbətən daha çox tələb olunur. 2015-ci ildə sosial sahələrə aid olan bir çox qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə müvafiq qanunlar qəbul edilmişdir. Məsələn, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişik edilməsi barədə, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Əmək pensiyaları haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Tibbi sığorta haqqqında”, “Dini etiqad azadlığı haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqqında” və digər qanunlarda dəyişikliklər edilməsi barədə müvafiq qanunlar qəbul edilmişdir.

2016-cı ildə qanunvericilik prosesi davam edəcək, ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir. Eyni zamanda, parlamentin Əmək və sosial siyasət komitəsi tərəfindən “Əlillər və əlillərin reablitasiyası” və “Turizim” haqqında yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulmuşdur.