Xəbərlər
Kürdəmirdə Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, Vətən uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş igid oğullarımızın şücaətindən bəhs edilib.
