Xəbərlər
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə A.Bakıxanov küçəsində yerləşən yaşıllıq zolağında 8 Noyabr - Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiya zamanı 200-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ kollar əkilib, mövcud ağaclara isə aqrotexniki qulluq göstərilib.
