Xəbərlər
Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib
Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Kəngərli kəndində Vətən müharibəsi şəhidi Qənbər Bəhruz oğlu Qənbərlinin ailəsini ziyarət edib. Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayonun baş axundu və şəhid ailələrinin üzvləri iştirak edib.
Görüşdə millət vəkili 44 günlük müharibə zamanı şəhidlərin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onların hər birinin mənalı həyat yolunun gənc nəsil üçün nümunə olduğunu vurğulayıb. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun işğal altında olan torpaqları azad etdiyini, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edildiyini qeyd edib.
