YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov seçicilərlə görüş keçirib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Bəhmətli kəndində seçicilərlə görüş keçirib.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Görüşdən sonra Asif Əsgərov Vətən müharibəsi şəhidi Ümid Məmmədovun ailəsini ziyarət edib. O, dövlətimizin bu kateqoriyadan olan şəxslərə daim diqqət və qayğı göstərdiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, qəhrəman şəhidlərin xatirəsi əziz tutulur, onların ailələrinə xüsusi hörmətlə yanaşmaq hər bir vətəndaşın mənəvi borcudur.

Şəhid ailəsi onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.