YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda ağacəkmə aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şanlı Zəfərin 5-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Aksiya Samux-Kür magistral yolunun hər iki tərəfində təşkil olunub. Təbiətin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə keçirilən tədbir zamanı 1500-ə yaxın müxtəlif növ ağac və dekorativ gül kolları əkilib.

Aksiyada YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, partiya fəalları, eləcə də müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində ərazidə təmizlik və abadlıq işləri də aparılıb. Yol kənarları alaq otlarından və daşlardan təmizlənib, əvvəllər əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.