Xəbərlər
Biləsuvarda partiya veteranları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının veteran üzvlərindən olan Cəfərov Şakir Şahvələd oğlunun 70 illik, Xosiyev Bilal Cankişi oğlunun isə 65 illik yubileyləri münasibətilə görüş keçirilib.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı partiya veteranlarını yubileyləri münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. Kamil Qurbanlı qeyd edib ki, Şakir Cəfərov təhsil sahəsində, Bilal Xosiyev isə yerli idarəetmə orqanlarında və müxtəlif inzibati vəzifələrdə uzun illər çalışaraq rayonun ictimai-siyasi həyatında fəallıqları ilə seçiliblər.
Yubilyarlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Onlar uzun illər Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını, bu ideyaların gənc nəslə aşılanması üçün öz bilik və təcrübələrini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.
Sonda partiya veteranlarına yubileyləri münasibətilə təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
