YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) ərazi partiya təşkilatında “18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür” mövzusunda tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Mehman Babayev, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və digərləri bildiriblər ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyini əldə etməsi tarixi hadisədir və bu gün ölkə vətəndaşları üçün əlamətdar gündür.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb, məqsədyönlü addımlar atılıb. Bu da Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimiz daha da güclənib və regionda lider mövqeyini möhkəmləndirib.

Natiqlər 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərə diqqət çəkərək qeyd ediblər ki, bu Qələbə xalqımıza böyük qürur yaşadıb və Azərbaycanı dünyada qalib ölkə kimi tanıdıb.